20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlər Kabineti vahid büdcə təsnifatı barədə yeni qərar verib
Tarix: 19-04-2023 10:30 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti vahid büdcə təsnifatı barədə yeni qərar verib

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun yeni qərarına əsasən, büdcə gəlirlərinin təsnifatı aşağıdakı maddələr hesabına genişləndirilib:

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı;

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan dizel yanacağının hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı;

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

- Azərbaycan Respublikasının ərazisinə idxal olunan energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

- “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”na daxilolmalar;

- “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmalar;

- “Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”na daxilolmalar;

- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına daxilolmalar;

- “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu”na daxilolmalar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər