20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mərkəz rəhbəri: “Rəqəmsal Məcəllənin hazırlanması ləngiyir”
Tarix: 20-04-2023 15:55 | Bölmə: İqtisadiyyat
Mərkəz rəhbəri: “Rəqəmsal Məcəllənin hazırlanması ləngiyir”

“Prezidentin elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanmalıdır. Fərmana əsasən, Nazirlər Kabineti Məcəllənin layihəsini 9 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir”.

Bunu Reyting.az-a Multmedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

Onun sözlərinə görə, Rəqəmsal Məcəllə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında hazırlanacaq: “Hələlik görünən odur ki, bu istiqamətdə işlər ləng gedir. Adıçəkilən Məcəllənin məzmunu və strukturu haqqında bilgilər yoxdur. Bununla bağlı hökumət tərəfindən də açıqlamalar verilməyib və müzakirələr təşkil olunmayıb. Hazırlanması ilə bağlı hansı məsləhətçi şirkətin seçilməsi haqqında məlumatlar da açıqlanmayıb”.

Mərkəz rəhbəri düşünür ki, Rəqəmsal Məcəllənin hazırlanması ilə bağlı RİNN tərəfindən maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkili, təklif və rəylərin toplanması üçün müraciətlərin edilməsi doğru və faydalı olardı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər