Gələn ay istilik və elektrik enerjisi tarifləri 15 faiz artırılacaq
Tarix: 20-04-2023 17:00 | Bölmə: İqtisadiyyat
Gələn ay istilik və elektrik enerjisi tarifləri 15 faiz artırılacaq

Müəssisələri yeni istilik mövsümünə hazırlamaq üçün bir ay ərzində istilik və elektrik enerjisi tarifləri artılacaq. Reyting.az xəbər verir ki, bunu dünən Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib. Onun fikrincə, tariflər hər il 15 faiz artmalıdır.

Nazirin sözlərinə görə, ilk növbədə, tarif artımına enerji hasil edən təşkilatlardan - istilik elektrik stansiyalarından və dövlət rayon elektrik stansiyalarından başlanılacaq: “Artım hər il 15 faiz səviyyəsində olmalıdır, çünki “sənayedə vəziyyət sadə deyil” və irimiqyaslı investisiyalara ehtiyac var. Ona görə də qış dövrünə keyfiyyətli hazırlıq üçün ən azı iki problemi həll etmək lazımdır - tariflərin artırılmasını və bu müəssisələrin yığılan borclarının qaytarılmasını”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}