20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Daşınar əmlakın reyestr qaydaları dəyişib - Fərman
Tarix: 20-04-2023 17:16 | Bölmə: İqtisadiyyat
Daşınar əmlakın reyestr qaydaları dəyişib

Prezident İlham Əliyev “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, bu barədə Fərmana əsasən, bundan sonra Azərbaycanda daşınar əmlakın reyestrlərdə qeydiyyatı üçün tələb olunan sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və yaxud məlumatlar ərizəçidən tələb edilməyəcək.

Belə sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və yaxud ərizəçi tərəfindən təmin ediləcək.

Eyni zamanda reyestrlərdən məlumat almaq üçün tələb olunan sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və yaxud məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və yaxud məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və yaxud ərizəçi tərəfindən təmin ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər