Macarıstan ilə Serbiya arasında yeni neft kəməri tikiləcək
Tarix: 20-04-2023 23:07 | Bölmə: İqtisadiyyat
Macarıstan ilə Serbiya arasında yeni neft kəməri tikiləcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto Serbiya ilə ölkələr arasında yeni neft kəmərinin tikintisinə sərmayə qoyuluşuna dair razılaşmanı açıqlayıb. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, iyun ayında bununla bağlı sənəd imzalanacaq. Neft kəməri Aldio və Novi Sad şəhərini birləşdirəcək.

Nazir deyib ki, “MOL” və “Transnafta” şirkətləri neft kəmərinə yeni investisiyalar üzrə danışıqları davam etdirirlər və bu barədə sazişin iyun ayında Macarıstan-Serbiya sammitində imzalanması planlaşdırılır.

Serbiyanın energetika naziri Dubravka Jedoviç təsdiq edib ki, iyunda Macarıstan-Serbiya birgə enerji müəssisəsinin yaradılmasına dair hökumətlərarası saziş imzalanacaq.

Qeyd edək ki, kəmərin uzunluğu 128 kilometr olacaq. Serbiya altı il ərzində 12 milyard avro sərmayə qoymaq istəyir.

ELÇİN





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}