20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mikayıl Cabbarov: "Əsas neft yataqlarında hasilat azalır"
Tarix: 25-04-2023 11:54 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Əsas neft yataqlarında hasilat azalır"

Azərbaycanın əsas neft yataqları hasilatın azalması mərhələsindədir. Odur ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video-müraciətində bildirib.

"Doğrudur, qaz yataqlarında hasilat getdikcə artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafı olacaq və sahibkarlarımız, o cümlədən, mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər. Hesab edirəm ki, növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli bu məhsul asanlıqla oz yerini Azərbaycan bazarında da tapacaq. Məhz bu istiqamətdə iqtisadi siyasət və dəstək tədbirləri davam etdiriləcək", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ölkə prezidentinin müəyyən etdiyi milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər