20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hesablama Palatası yarım milyard manatdan çox uyğunluqdan kənarlaşma aşkarlayıb
Tarix: 25-04-2023 16:34 | Bölmə: İqtisadiyyat
Hesablama Palatası yarım milyard manatdan çox uyğunluqdan kənarlaşma aşkarlayıb

Hesablama Palatasının 2022-ci ildə başa çatdırdığı auditlərlə ümumi uyğunluqdan kənarlaşma 530,1 milyon manat, maliyyə hesabatlarında mahiyyətə təsir edən təhrif məbləği 564,5 milyon manat, uçota dair tələblərin pozulması ilə bağlı təhrif məbləği isə 233,3 milyon manat müəyyən edilib.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, uyğunluq auditlərinin 66 %-də müəyyən edilmiş meyarlara uyğun olma (bəzi məsələlər istisna olmaqla), 34 %-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib.

Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilib, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər