20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Beş ölkə Ukrayna məsələsində razılaşıb
Tarix: 29-04-2023 17:37 | Bölmə: İqtisadiyyat
Beş ölkə Ukrayna məsələsində razılaşıb

Ukraynadan bəzi ərzaq məhsullarının idxalına qadağa qoyan Avropa İttifaqının (Aİ) üzvləri - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya məhdudiyyətləri aradan qaldırmaq üçün Avropa Komissiyası ilə prinsipial razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya Ukraynadan bəzi ərzaq məhsullarının idxalına qoyulan qadağadan geri addım atıblar.

Avropa İttifaqının ticarət komissarı Valdis Dombrovskis deyib ki, Avropa Komissiyasının üzvü olan beş ölkə ilə Ukraynadan ərzaq idxalına yenidən icazə verilməsində prinsipial razılığa gəliblər.

“Eyni zamanda AB-nin üzvü beş ölkəyə fermerlər üçün 100 milyon avroluq dəstək paketi veriləcək. Biz Avropa İttifaqına üzv ölkələrdə fermerləri qorumaq üçün hərəkətə keçdik”,- komissar bildirib və əlavə edib ki, Ukraynaya dəstək vacibdir.

Qeyd edək ki, Aİ ölkələri Rusiyanın Ukraynaya hücumlarından sonra Ukraynadan müəyyən məhsulların kəmiyyət məhdudiyyəti, gömrük və rəsmi yoxlamalar olmadan idxalına icazə verib. Bolqarıstanın kənd təsərrüfatı naziri bu yaxınlarda ölkəsində taxıl istehsalçılarının çətin vəziyyətdə olduğunu, satılmamış məhsullarla dolu anbarlarda yeni məhsula yer olmadığını və yalnız bu istehsalçıların itkilərinin 1 milyard avro təşkil etdiyini bildirib.

Aİ ölkələri - Polşa, Macarıstan və Slovakiya da bu yaxınlarda 30 iyuna qədər Ukraynadan kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsinə qadağa qoyub. Polşa və Macarıstan öz fermerlərini qorumaq üçün belə bir qərar verdiklərini açıqlasa da, Slovakiya Ukraynadan gətirilən taxılın laboratoriyalarda yoxlanılmasından sonra, pestisidlərin standartlardan yüksək olduğunu təsbit edib və qadağa qərarı verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər