20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya hökuməti elektrik enerjisinin qiymətini artırıb
Tarix: 01-05-2023 20:42 | Bölmə: İqtisadiyyat
Rusiya hökuməti elektrik enerjisinin qiymətini artırıb

Rusiya Federasiyası Hökuməti 2023-cü ilin sonuna qədər elektrik enerjisinin ötürülməsi tarifini 6,3 faiz artırıb. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin sərəncam imzalayıb.

Sənəddə deyilir ki, 2023-cü il mayın 1-dən dekabrın 31-dək elektrik enerjisinin vahid milli (ümumrusiya) elektrik şəbəkəsi vasitəsilə ötürülməsi xidmətlərinin tarifləri qüvvədə olan tariflərə nisbətən 6,3 faiz artım nəzərə alınmaqla müəyyən edilsin.

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətindən TASS-a bildiriblər ki, elektrik enerjisinin ötürülməsi tarifində dəyişiklik şəbəkə kompleksində irimiqyaslı investisiya proqramının həyata keçirilməsi ilə bağlıdır və vətəndaşlar bu dəyişiklikdən təsirlənməyəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər