20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət vəsaitlərini mənimsəyən mühasibə cinayət işi açılıb
Tarix: 02-05-2023 15:32 | Bölmə: İqtisadiyyat
Dövlət vəsaitlərini mənimsəyən mühasibə cinayət işi açılıb

Dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Reyting.az
xəbər verir ki, Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər