18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ukraynadan Şərqi Avropanın beş ölkəsinə taxıl ixracı qadağan edilib
Tarix: 02-05-2023 20:43 | Bölmə: İqtisadiyyat
Ukraynadan Şərqi Avropanın beş ölkəsinə taxıl ixracı qadağan edilib

Avropa Komissiyası mayın 2-dən iyunun 5-dək Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub. Amma onun tranzitinə və Avropa İttifaqının digər ölkələrinə ixracına icazə verilib. Reyting.az TASS-a istinadla bildirir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, lazım gələrsə, məhdudiyyətlər iyunun 5-dən sonra da uzadıla bilər.

Diqqətə çatdırılır ki, qadağa müddəti ərzində Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya istisna olmaqla, bütün Avropa İttifaqı ölkələrində sərbəst satıla, bu ölkələr vasitəsilə tranzitlə daşınmağa davam edə bilər.

Onu da qeyd edək ki, bu ölkələr Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli qadağaları aradan qaldırmaq öhdəliyi götürmüşlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}