Turizm Reyestri istifadəyə verilib
Tarix: 05-05-2023 11:22 | Bölmə: İqtisadiyyat
Turizm Reyestri istifadəyə verilib

Bu gün Azərbaycanda Turizm İnformasiya Sistemi (Turizm Reyestri) istifadəyə verilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi reyestrin ictimai təqdimatını keçirib.

Qeyd edilib ki, Turizm İnformasiya Sistemi turizm sahəsi üzrə ölkənin vahid dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” platformasıdır. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Turizm Reyestri turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətlilik səviyyəsinin artırılması, dəqiq və etibarlı məlumatların ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}