07:40 / 21-04-2025
TBMM heyəti Moskvaya gəlib
18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib
Tarix: 05-05-2023 17:32 | Bölmə: İqtisadiyyat
Daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Reyting.az
xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 94-ə çatıb.

“Startap” şəhadətnamələri "Schoolplus" MMC-nin onlayn təhsil platforması, "Bağ evim" MMC-nin bağ evlərinin kirayəsi üzrə onlayn platforması, "Drakaris" MMC-nin “Yiğim” ödəniş sistemi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur