20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Orta Asiyanın iki ölkəsi Xəzərə çıxışı birləşdirən nəqliyyat dəhlizi yaratmaq istəyir
Tarix: 11-05-2023 13:40 | Bölmə: İqtisadiyyat
Orta Asiyanın iki ölkəsi Xəzərə çıxışı birləşdirən nəqliyyat dəhlizi yaratmaq istəyir

Türkmənistan Tacikistanla birlikdə Xəzər dənizinə çıxışı birləşdirən nəqliyyat dəhlizi yaratmağa hazırdır.

Reyting.az
“Neytral Türkmənistan” rəsmi qəzetinə istinadla xəbər verir ki, bunu Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Düşənbədə Tacikistanın rəhbəri Emoməli Rəhmonla danışıqları zamanı deyib.

Bildirilir ki, nəqliyyat sahəsində əməkdaşlıq Aşqabad və Düşənbə arasında münasibətlərin qeyd-şərtsiz prioritetidir.

Berdiməhəmmədovun dediyi kimi, hər iki dövlətin səyləri əsas məqsədə, yəni Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən güclü və müasir infrastrukturun yaradılmasına nail olmağa yönəlməlidir.

Türkmənistan rəhbərinin fikrincə, Dünya Okeanına birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri dünya bazarlarına çıxmaq üçün Şərqi Xəzərin liman infrastrukturunun imkanlarından maksimum istifadə etməlidirlər.

Berdiməhəmmədov əlavə edib ki, onun ölkəsi Türkmənistanın Türkmənbaşı dəniz limanından Tacikistanın maraqları naminə sərfəli şərtlərlə istifadəni müzakirə etməyə hazırdır.

Həmçinin, Berdiməhəmmədovun sözlərinə görə, Aşqabad və Düşənbə Şərq-Qərb xətti boyunca nəqliyyat, tranzit və logistika əməkdaşlığı üçün strateji qovşağın formalaşdırılması səylərini əlaqələndirmək, regional və qlobal platformalarda, ixtisaslaşmış beynəlxalq təşkilatlarda, maliyyə institutlarında potensial tərəfdaşlarla işləmək niyyətindədirlər.

Berdiməhəmmədovun Tacikistana səfəri zamanı yükdaşımaların daha da artırılması və daşımaların intensivləşdirilməsi üçün birgə tədbirlər proqramı təsdiq edilib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər