Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılıb
Tarix: 12-05-2023 17:24 | Bölmə: İqtisadiyyat
Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılıb

İyunun 14-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Reyting.az
Dövlət Xidmətinə istinadla bildirir ki, hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq. Bunlar, Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl yatağı, Qəbələ rayonunda “Siləyli” qum-çınqıl yatağı, İsmayıllı rayonunda “Bilistan” və “Maçaxi” qum-çınqıl yataqları və Salyan rayonunda “Babazənən-I” gil yataqlarıdır.

Başlanğıc qiyməti 4 000 - 63 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu iyunun 7-si, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}