20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlər Kabineti fərdi qəza sığortası ilə bağlı qərar verib
Tarix: 16-05-2023 18:00 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti fərdi qəza sığortası ilə bağlı qərar verib

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra sərnişin avtobusları sərnişinlərinin (şəhərdaxili və yaxud qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirilmədikdə texniki baxışa buraxılmayacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər