20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: "Əmanətlər maksimum bir aya qaytarılmalıdır"
Tarix: 17-05-2023 11:59 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "Əmanətlər maksimum bir aya qaytarılmalıdır"

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə 17 may 2023-cü il tarixindən etibarən “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib, bankın müflisləşmə yolu ilə ləğvi üçün məhkəməyə müraciət olunub.

Reyting.az
-ın xəbərinə görə, iqtisadçı Natiq Cəfərli məsələni şərh edərkən bildirib ki, "Günay Bank”-ın Azərbaycanın bank bazarına yenidən daxil olması zatən müəmmalarla, suallarla dolu olub. Çünki 2018-ci ildə bu bankın sədr müavini 100 milyon manat, 2021-ci ildə isə filial rəhbərlərindən biri 53 milyon manat mənimsəmə ittihamı ilə saxlanılıb.

1990-cı illərin biznes və siyasi elitasının ciddi problem olduğunu deyən N. Cəfərlinin sözlərinə görə, əgər “Günay Bank” ləğv edilibsə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir:

"Bankda depoziti olan vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum bir ay ərzində qaytarılmalıdır. Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaranarsa, bu, bütün bank sektoruna başağrısı gətirəcək”.

N. Cəfərli iddia edir ki, Azərbaycanda müasir bank sistemi yoxdur, inhisarçılıq hökm sürür, ölkə bankları hələ də 19-cu əsrin bank məntiqi ilə işləyirlər, yəni ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar.

İqtisadçı qeyd edib ki, 21-ci əsrin bankları başqa cür işləyir: “Onlar çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə isə investisiya bankçılığı yoxdur. Bu isə nə Mərkəzi Bankın, nə də bank sisteminin təqsiri deyil, siyasi sistem və idarəetmədəki problemdən qaynaqlanır".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər