20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Taxıl sazişinə təhlükə yaranıb - Foto
Tarix: 17-05-2023 14:07 | Bölmə: İqtisadiyyat
Taxıl sazişinə təhlükə yaranıb

Taxıl sazişi və onun davam etdirilməsinin mümkünlüyü barədə kifayət qədər ziddiyyətli məlumatlar var.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib.

Qeyd edək ki, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracına dair saziş sabah, mayın 18-də başa çatır və Ukrayna razılaşmanın uzadılmayacağını istisna etmir.

“Röyter” agentliyi BMT rəsmisinə istinadla yazır ki, bu gün - Rusiyanın sazişdən çıxmasına bir gün qalmış, müqavilə çərçivəsində sonuncu gəmi Ukrayna limanını tərk etməlidir.

Qeyd edək ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə razılaşmanın ən azı iki ay uzadılacağını düşündüyünü bildirib. Ukrayna Xarici İşlər Nazirliyi isə bu həftənin əvvəlində bəyan edib ki, danışıqlardan sonra vəziyyət dəyişməyib, taxıl sazişinin və onun davam etdirilməsi ehtimalı ilə bağlı kifayət qədər ziddiyyətli məlumatlar var. Onlar Rusiyanın sazişdən çıxmasını mümkün adlandırıblar.



Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü ilə Qara dəniz limanlarının işi dayandırılıb. Odessa, Çornomorsk və Pivdennı vasitəsilə taxıl ixracını yalnız yayda - BMT və Türkiyənin vasitəçiliyi ilə taxıl sazişi imzalandıqdan sonra bərpa etmək mümkün olub. Mart ayında müqavilənin müddəti uzadılsa da, artıq müddət başa çatır.

Ötən həftə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin yüksək səviyyəli rəsmiləri İstanbulda Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə etmək üçün görüşüblər, lakin danışıqlar nəticəsiz bitib.

Rusiya sazişdən çıxmaqla hədələyərək, öz kənd təsərrüfatı məhsullarının ixracı tələblərinə əməl olunmasını istəyir.

Rusiya tərəfi iddia edir ki, Rusiyanın ərzaq və gübrə ixracı Qərb sanksiyalarına məruz qalmasa da, ödənişlər, logistika və sığorta ilə bağlı mövcud məhdudiyyətlər onun tədarükünə mane olur. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild isə Rusiyanın “tammiqyaslı işğaldan əvvəlki səviyyədə, hətta yüksək olmasa da, eyni səviyyədə taxıl və gübrə ixrac etdiyini” bildirib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər