Qəzalı evlərlə bağlı Dövlət Proqramı hazırlanır - Foto
Tarix: 25-05-2023 19:37 | Bölmə: İqtisadiyyat
Qəzalı evlərlə bağlı Dövlət Proqramı hazırlanır

Mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, müşavirədə aidiyyatı qurumların rəhbərləri də iştirakı ediblər.

Müşavirə zamanı Dövlət Proqramı layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilib.





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}