20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır
Tarix: 30-05-2023 14:42 | Bölmə: İqtisadiyyat
Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.

Reyting.az
Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

"2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur" - deyə nazirlik bəyan edib.

2023-cü ildə ÜDM-in real ifadədə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Orta illik inflyasiyanın isə cari ildə 10,4 % (əvvəlki proqnoza (6,9 %) nəzərən 3,5 faiz bənd çox) olacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər