20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vergi Xidmətinin büdcə öhdəliyi artırılır
Tarix: 30-05-2023 15:08 | Bölmə: İqtisadiyyat
Vergi Xidmətinin büdcə öhdəliyi artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 14 milyard 932 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.

Reyting.az
xəbər verir ki, bu, təsdiq olunmuş proqnozla müqayisədə 1 milyard 530 milyon manat və yaxud 11,4 % çoxdur.

Vergi daxilolmalarının 6 milyard 002 milyon manatı və yaxud 40,2 %-i neft sektorunun, 8 milyard 930 milyon manatı və yaxud 59,8 %-i isə qeyri-neft sektorunun payına düşəcək. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar təsdiq olunmuş göstəricilərlə müqayisədə 545 milyon manat və yaxud 6,5 %, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 793,7 milyon manat və yaxud 9,8 % çoxdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər