Deputat AZAL-ı tənqid edib: "63 milyondan 26 milyonunu özündə saxlayıb"
Tarix: 31-05-2023 14:13 | Bölmə: İqtisadiyyat
Deputat AZAL-ı tənqid edib: "63 milyondan 26 milyonunu özündə saxlayıb"

"Büdcə əməliyyatlarında şəffaflığın olmaması göz önünüdədir".

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, biz Hesablama Palatasının fəaliyyəti ilə işimizi bitmiş hesab edirik.

"2022-ci ildə "AZAL”a verilən 63,1 milyon manatlıq subsidiyanın 26,4 milyon manatı şirkətin hesabında saxlanılır. Bu, düvlət vəsaiti ilə dost tutmaqdır, proteksionizmdir, yoxsa nədir? Xidmət haqqının çox yüksək olduğu, monopolist şirkətə niyə subsidiya verilməldiir ki, o da bu vəsaitləri hesabında saxlasın", - deyə deputat bildirib.(Qaynarinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}