Bakıda dörd ölkənin nazirlərinin iclası keçirilib
Tarix: 01-06-2023 14:27 | Bölmə: İqtisadiyyat
Bakıda dörd ölkənin nazirlərinin iclası keçirilib

"Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Bakıda nazirlərin III görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}