20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib
Tarix: 02-06-2023 09:26 | Bölmə: İqtisadiyyat
Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib

Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası başlayıb.

Xarici İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, iyunun 1-də iclas çərçivəsində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib: "Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilən seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib. Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər