16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Tarix: 02-06-2023 12:24 | Bölmə: İqtisadiyyat
 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın baş naziri Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}