Pərviz Şahbazov Vyanada nazirlərin görüşündə iştirak edəcək
Tarix: 04-06-2023 09:46 | Bölmə: İqtisadiyyat
Pərviz Şahbazov Vyanada nazirlərin görüşündə iştirak edəcək

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyaya səfər edib.

Bu barədə Reyting.az-a Energetika Nazirliyindən bildiriblər.

Məlumata görə, nazir bu gün Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək.

İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}