16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ziyad Səmədzadə: "Rayonların birində saxta pulların buraxılması ilə məşğuldurlar"
Tarix: 05-06-2023 11:47 | Bölmə: İqtisadiyyat
Ziyad Səmədzadə: "Rayonların birində saxta pulların buraxılması ilə məşğuldurlar"

Milli Məclisdə Azərbaycan regionlarında ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə danışıb.

"Bu yaxınlarda mən bir məsələnin şahidi oldum, istədim Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımova müraciət edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə 20 manat verdim alış-veriş üçün, pulun qalığı kimi 450 manat qaytardılar. Pulların üstünə baxanda gördüm ki, "etibarzısdır" yazılıb. Gənclər, uşaqlar var, onlar aldana bilirlər. Bu sahədə nə qədər pul var ki, belə yollara əl atırlar? Bunlara nəzarət olunmalıdır", - deyə Z. Səmədzadə bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}