Qaradağın dağlıq ərazisində yanğın başlayıb
Tarix: 13-06-2019 14:29 | Bölmə: Xəbərlər
Qaradağın dağlıq ərazisində yanğın başlayıb

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}