Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
Tarix: 14-10-2025 08:37 | Bölmə: Xəbərlər
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb

Hollivudun tanınmış aktyoru Alek Bolduin və qardaşı Nyu-Yorkun İst-Hempton şəhərində avtomobil qəzasına düşüblər.

Reyting.az
xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Nəşrin məlumatına görə, qardaşların idarə etdikləri “Range Rover” avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Toqquşma nəticəsində avtomobilin buferi və kapotu zədələnib.

Portalın dərc etdiyi kadrlarda Alek və Stiven Balduinin yağışda qəzaya uğramış avtomobili yoxladıqları, polis gəldikdən sonra başqa bir avtomobilə minərək uzaqlaşdıqları görünür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
8-10-2025, 13:59 Hərbçimiz vəfat edib