13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
Tarix: 08-10-2025 15:15 | Bölmə: Xəbərlər
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib

Rusiya müxalifyönlü, müstəqil "Dojd" nəşrinin jurnalistlərini terrorçu və ekstremistlər siyahısına salıb. Rusiya Maliyyə Monitorinqi Xidməti "Dojd" telekanalının baş redaktoru Tixon Dzyadko, eləcə də informasiya xidmətinin rəhbəri Yekaterina Kotrikadze, aparıcı Valeriya Ratnikovanı terrorçu və ekstremistlər siyahısına daxil edib.

Reyting.az
xəbər verir ki, Rusiya hakimiyyəti bu jurnalistlərə qarşı ittihamlar irəli sürüb. Onlar ordu haqqında yalan məlumatlar yaymaqda və “Xarici agent" qanunlarını pozmaq ittiham olunurlar. Artıq onlar Moskva məhkəməsi tərəfindən qiyabi həbs edilib və axtarışa veriliblər.

"Dojd" telekanalın jurnalistləri isə heç bir cinayət törətmədiklərini bildiriblər.

Siyahıya düşmək onların bank hesabının bloklanmasına və xərclərin ayda 10 min rubl ilə məhdudlaşdırılmasına səbəb olur. Bu siyahıdan çıxmaq isə demək olar ki, mümkün deyil.

Rusiyada qanuna edilən dəyişikliklərdən sonra artıq "Rus ordusu barəsində yalan məlumat" və "döyüşləri diskreditə etmə" maddələri üzrə ittiham olunanlar da belə bir siyahıya salınırlar.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
Bu gün, 13:59 Hərbçimiz vəfat edib