Azərbaycanda palçıq vulkanı püskürüb
Tarix: 11-10-2025 10:20 | Bölmə: Xəbərlər
Azərbaycanda palçıq vulkanı püskürüb

Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-i saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb: "Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır".

Fövqəladə Hallar Nazirliyindən "Report"a daxil olan məlumatda isə Qaradağ rayonunun Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi ilə bağlı Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirildiyi qeyd olunub: "Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür".




Bölməyə aid digər xəbərlər
8-10-2025, 13:59 Hərbçimiz vəfat edib