Azərbaycanın 40 vətəndaşı Almaniyadan geri qaytarılıb
Tarix: 10-10-2025 10:15 | Bölmə: Xəbərlər
Azərbaycanın 40 vətəndaşı Almaniyadan geri qaytarılıb

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 9 oktyabr 2025-ci ildə Azərbaycan Respublikası vətəndaşı olan 40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Miqrasiya Xidmətindən bildiriblər.

Qeyd olunur ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.




Bölməyə aid digər xəbərlər
8-10-2025, 13:59 Hərbçimiz vəfat edib