Daha bir vəkilin fəaliyyəti 6 aylıq dondurulub
Tarix: 10-10-2025 11:31 | Bölmə: Xəbərlər
Daha bir vəkilin fəaliyyəti 6 aylıq dondurulub

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının iki üzvünün fəaliyyəti 6 aylıq dondurulub.

Onlardan biri məşhur vəkil Zabil Qəhrəmanovun olduğu bildirilsə də digərinin kimliyi açıqlanmayıb.

Gununsesi.info-nun araşdırması zamanı fəaliyyəti dondurulan digər vəkilin də kimliyi məlum olub.

Bu, Vəkillər Kollegiyasının üzvü Ramil Rüstəmovdur.

Qeyd edək ki, Ramil Rüstəmov da özünün prinsipiallığı ilə tanınan vəkillərdən biri olub.

O, məhkəmə çıxışları ilə yanaşı, həm də ictimai çıxışlarında belə digər həmkarlarından fərqlənib.




Bölməyə aid digər xəbərlər
8-10-2025, 13:59 Hərbçimiz vəfat edib