Pentaqon yeni nəsil qırıcı layihəsini təsdiqləyib
Tarix: 09-10-2025 07:36 | Bölmə: Xəbərlər
Pentaqon yeni nəsil qırıcı layihəsini təsdiqləyib

ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil "F/A-XX" qırıcı təyyarəsinin hazırlanması haqqında proqramı təsdiqlənib. Bu, son illərin ən iri müdafiə layihələrindən biridir və əsasən, ABŞ-nın donanmasına havadan Çin hərbi qüvvələrinin üzərində üstünlük qazandırmağı hədəfləyir.

Reyting.az
xəbər verir ki, müdafiə naziri Pit Heqsetin təsdiqlədiyi layihə üzrə tenderdə "Boeing" və "Northrop Grumman" şirkətləri iştirak edir. Qalib şirkət hazırda ABŞ Hərbi Hava Qüvvələrində istifadə olunan "F/A-18E/F Super Hornet" qırıcılarını əvəz edə bilən yeni göyərtə təyyarəsini hazırlayacaq.

Yeni "F/A-XX" altıncı nəsil qırıcı təyyarəsi kimi artırılmış uçuş məsafəsinə, aşağı radar görüntülərindən manevrə və pilotsuz döyüş aparatları ilə çox yüksək səviyyədə inteqrasiya imkanlarına sahib olacaq.

Layihə bir müddət büdcə mübahisələri səbəbindən geciksə də, sonda Pentaqon öz istəyinə çata bilib. Konqres bu il üçün 750 milyon dollar, 2026-cı il üçün isə 1,4 milyard dollar ayırıb.

Mütəxəssislərin fikrincə, yeni proqramın ümumi dəyəri on milyardlarla dollar ola bilər. Hərbi mənbələrin bildirdiyinə görə, ilk seriyalı bu qırıcı təyyarələrin 2030-cu illərdə donanmaya daxil olması gözlənilir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Dünən, 13:59 Hərbçimiz vəfat edib