"Binə" ticarət mərkəzində yanğın olub
Tarix: 13-08-2019 10:53 | Bölmə: Xəbərlər
"Binə" ticarət mərkəzində yanğın olub

"Binə" ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzindəki mağazaların birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}