16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir Mikayıl Cabbarov Şura sədri seçilib
Tarix: 20-11-2019 12:20 | Bölmə: Xəbərlər
Nazir Mikayıl Cabbarov Şura sədri seçilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Məlumata görə, Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında verilib.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M. Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın vergi qurumları daxildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}