16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Merkel tualet kağızı və şərab alarkən "tutuldu" - Fotolar
Tarix: 22-03-2020 21:05 | Bölmə: Xəbərlər
Merkel tualet kağızı və şərab alarkən "tutuldu"

Almaniyanın kütləvi informasiya vasitələri Angela Merkeli “cinayət başında tutublar”.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, koronavirus pandemiyası ərəfəsi Almaniya Federativ Respublikasının hökumət başçısı dəfələrlə əhalini sakitliyə, çaxnaşmaya, o cümlədən istehlakçı kimi ajiotaj yaratmamağa çağırıb.

Ümumdünya isteriya vəziyyətində Almaniya sakinləri uzun müddətli ərzaq məhsulları və tualet kağızı kimi əsas ehtiyacları mağazalarda almağa başlayan bir çox digər Avropa ölkələrinin taleyini yaşamayıb.

Kansler xalqa televiziya ilə müraciətində vətəndaşları ağıllı davranmağa və bəziləri kimi məhsul çatışmayacağı şayiələrinə inanıb çox miqdarda mallar almağa tələsməməyə çağırıb.

“İstehlakçılar bir-biri ilə ümumiyyətlə həmrəylik göstərmirlər”, - Merkel bəyan edirdi.

Lakin bundan dərhal sonra Merkel Berlindəki mağazalardan birində tualet kağızı alarkən “yaxalanıb”. Məlumata görə, kanslerin səbətində duş jeli, sabun da var idi...

Doğrudur, Merkelin tualet kağızını nə qədər aldığı göstərilmir. Lakin kanslerin 4 butılka şərab aldığı iddia olunur.

Merkel tualet kağızı və şərab alarkən "tutuldu"Merkel tualet kağızı və şərab alarkən "tutuldu"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}