19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib
Tarix: 17-09-2025 12:35 | Bölmə: Cəmiyyət
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib

Türkiyənin İzmir şəhərindən oğurlanaraq İstanbula gətirilən iş adamı polis tərəfindən xilas edilib.

Reyting.az
xəbər verir ki, biznesmeni oğurlayan şəxslər onun ailəsindən 15 milyon türk lirəsi tələb edirmiş.

Məlumata görə, iş adamının yaxınları ondan məlumat almadıqdan sonra polisə müraciət edərək kömək istəyiblər. Araşdırmalarla müəyyən edilib ki, oğurlanan biznesmen İstanbula aparılıb. İstanbul Polis İdarəsi daha dərin araşdırmalar aparıb.

Müəyyən edilib ki, oğurlanan şəxs ilk olaraq Bursanın Karacabey mahalına gətirilib, burada İstanbuldan gələn digər şübhəlilərə təhvil verilib. Polis şübhəlilərin istifadə etdiyi avtomobilin nömrəsini müəyyən edib və avtomobili İstanbulun Bağcılar səmtində park edilmiş vəziyyətdə tapılıb. İstintaq müəyyənləşdirib ki, şübhəlilər avtomobillərini saxladıqları yaxınlıqdakı kompleksdə olublar. İş adamı əməliyyatla xilas edilib, hadisə ilə əlaqədar 5 şübhəli tutulub.

Şübhəlilər biznesmenin ailə üzvlərindən 15 milyon türk lirəsi borcunu almağa çalışdıqlarını bildiriblər. Saxlanılanlardan üçü həbs edilib, ikisi isə ev dustaqlığına buraxılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
2-11-2025, 13:04 Sabah yağış yağacaq