ƏƏSMN: "190 manat yardım alacaq şəxslərə SMS göndəriləcək"
Tarix: 09-04-2020 22:06 | Bölmə: Xəbərlər
ƏƏSMN: "190 manat yardım alacaq şəxslərə SMS göndəriləcək"

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Reyting.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, şəxslər müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək: "Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin olunacaqlar".




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}