16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İran İsrail casusunu azad edib
Tarix: 26-11-2020 10:26 | Bölmə: Xəbərlər
İran İsrail casusunu azad edib

İran hökuməti növbəti məhbus mübadiləsini həyata keçirib.

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, Avstraliya-İngiltərə vətəndaşı olan 31 yaşlı Kayli Mur Cilbert iran əsilli dustaqla dəyişdirilib.

Şərqşünas-alim, tədqiqatçı və islamşünas kimi tanınan Cilbert İsrailin nəfinə casusluq etdiyi üçün 10 il müddətinə azadldıqdan məhrum edilmişdi. Həbsdə 2 il yatdıqdan sonra o, vətəninə dönmək imkanı qazanıb.

Kayli Mur Cilbert İran, Misir, Suriya, İraq, Bəhreyn, Küveytə və s. Şərq ölkələrində elmi və dini forumlarda iştirak edib. İkili vətəndaşlığı olan gənc alim Roy Binkovins adlı bir israilli ilə tanışlıqdan sonra İsrail hərbi kəşfiyyatının xidmətinə keçib. Onun əri Ruslan Hodorov da kəşfiyyatla bağlı şəxsdir.

Məhkəmə araşdırması İrana səfəri zamanı xanım Cilbertin məlumat toplamaq missiyası isbatlanıb.

Cəzasının 2 ilini çəkdikdən sonra İslam Respublikası onu azad edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}