Baş redaktor Füzulidə minaya düşərək həlak olub
Tarix: 28-11-2020 17:16 | Bölmə: Xəbərlər
Baş redaktor Füzulidə minaya düşərək həlak olub

Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olalardan biri jurnalistdir.

Məlumata görə, həlak olanlardan biri Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur/Report.

Xatırladaq ki, bu gün baş verən hadisə zamanı avtomobildə onunla birgə atası Hacıyev Şakir Məhərrəm oğlu və daha 2 qohumu həlak olub.

Bu barədə prokurorluq rəsmi məlumat yayıb.

Xatırladaq ki, faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}