Azərbaycanlı deputatı qarət ediblər
Tarix: 09-03-2021 11:08 | Bölmə: Xəbərlər
Azərbaycanlı deputatı qarət ediblər

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev qarət olunub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri yazıb.

Məlumatlara əsasən, hadisə deputatın olduğu Marneulidəki restoranların birində baş verib. S. Mirzəyevin pul kisəsi və mobil telefonu oğurlanıb.

Xoşagəlməz hadisə deputat və restoran rəhbərliyi arasında mübahisəyə səbəb olub. S. Mirzəyev restorana polis çağırıb.

Mətbuatın yazdığına görə, S. Mirzəyev həmkarı Zaur Darğallı ilə restoranda ölkədə saat 21:00-dan saat 05:00-dək tətbiq olunan “komendant saatı” zamanı qonaqlıqda iştirak edib. Karantin qaydalarını pozduqlarına görə millət vəkillərinin cərimə olunmadığı bildirilir.

S. Mirzəyev məsələ ilə bağlı açıqlama verməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində oğurluq faktı ilə bağlı istintaqa başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}