Anarın 85 illiyinə həsr olunmuş müsabiqənin qalib və mükafatçıları bəlli olub - Siyahı
Tarix: 18-01-2024 23:48 | Bölmə: Mədəniyyət
Anarın 85 illiyinə həsr olunmuş müsabiqənin qalib və mükafatçıları bəlli olub

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

Reyting.az
xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsuflər Heyəti bu gün bəyan edib.



Beləliklə:

Həvəsləndirici yerlər

Bəşir Niftəliyev,

Səma Quliyeva.

3-cü yer

Xan Abdulla.

2-ci yer

Orxan Cuvarlı.

1-ci yer

Cavid Babayev.

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}