Vaqif Səmədoğluya həsr edilmiş poeziya müsabiqəsi başlayır
Tarix: 01-03-2024 17:06 | Bölmə: Mədəniyyət
Vaqif Səmədoğluya həsr edilmiş poeziya müsabiqəsi başlayır

"Ulduz" aylıq ədəbiyyat dərgisi Azərbaycan Ədəbiyyat Fondu ilə birlikdə Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinə başlayır.

Reyting.az
xəbər verir ki, 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə qatıla bilərlər.

Təşkilati dəstək: "Kəpəz hospital"

İnformasiya dəstəyi: "Ədəbiyyat və İncəsənət" portalı

1. Şeirlər musabiqe85@mail.ru poçtuna göndərilir.

2. Hər müəllif yalnız iki şeirlə iştirak edə bilər.(Vord formatda)

3. Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}