Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub
Tarix: 18-04-2024 21:24 | Bölmə: Mədəniyyət
Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub

Bu gün Bakıda litvalı dənizçi Simas Kudirkanın həyatından bəhs edən “Tullanma” sənədli filminin nümayişi olub.

Reyting.az
“Report” xəbər verir ki, rejissoru Gedre Jitskite olan film 1970-ci ildə sovet gəmisindən ABŞ gəmisinə tullanan və amerikalılardan sığınacaq istəyən dənizçidən bəhs edir.

Film boyu S.Kudirka azadlığa doğru olan inanılmaz tullanma hekayəsindən danışır.

Qeyd edək ki, film müxtəlif kinofestivallarda nümayiş etdirilib və nüfuzlu mükafatlara, o cümlədən Varşava Beynəlxalq Film Festivalında “Ən yaxşı bədii sənədli film” mükafatına layiq görülüb.

“İlk dəfədir ki, bu filmi azərbaycanca subtitrlərlə nümayiş etdiririk. Çox şanslıyıq ki, Xəzər Universitetinin tələbələri və əməkdaşları ilə birlikdə bunu edə bildik”, - Litvanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viktoras Daqilis bildirib.

Tədbir zamanı, həmçinin bu filmin Azərbaycan dilinə tərcüməsində və subtitrlərdə əks olunmasına köməklik göstərən Xəzər Universitetinin tələbələrinin mükafatlandırma mərasimi keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}