"Xaç atası"-nın rejissoru yeni filmin çəkilişinə hazırlaşır
Tarix: 06-12-2024 10:55 | Bölmə: Mədəniyyət
"Xaç atası"-nın rejissoru yeni filmin çəkilişinə hazırlaşır
Frensis Ford Koppola

Məşhur "Xaç atası" filminin rejissoru Frensis Ford Koppola uzun sürən fasiləyə son qoyub. 85 yaşlı Hollivud kinorejissoru, ssenarist və prodüser 2025-ci ildə yeni filmin çəkilişlərinə başlayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Frensis Ford Koppola yeni layihəsindən danışıb. Onun gözləntilərinə görə, Milad bayramından sonra Londona köçəcək və elə oradaca çəkilişlər üçün hazırlıqlara başlayacaq.

Rejissorun yeni filmi "Çırpınan ayın şüalarında" adlanacaq. Koppola yeni ekran əsərini janr baxımından "otuzuncu illərin qəribə myuzkli" adlandırıb.

Bu film yazıçı Edit Uortonun 1922-ci ildə yazdığı eyniadlı romanı əsasında lentə alınacaq. Bu roman razılaşdırılmış nikaha daxil olan, ancaq getdikcə münasibətləri dəyişən və bir-birilərinə həqiqətən aşiq olan yeni evlənənlərdən bəhs edir.

Film üçün daha bir başqa istinad mənbəsi də var. Koppola həm də 1937-ci ildə ABŞ-da istehsal olunmuş klassik janrdakı "Dəhşətli həqiqət" adlı komediya filminin motivlərindən də bəzi süjetləri əxz etmək fikrində olduğunu bildirib.

Belə film janrı Frensis Ford Koppola üçün ilk təcrübə deyil. Rejissorun karyerasında onun çəkdiyi çoxlu sayda film myuzikllər var. Rejissor hətta yeni çəkəcəyi bu ekran əsərini musiqili janrda olsa da, sanballı bir kult filmi olacağına ümid etdiyini bildirib.

Belə görünür ki, bir müddət öncə "Meqalopolis" filminin kassadakı uğursuzluqdan məyus olan məşhur rejissor işdən soyutmayıb. O, müvəqqəti fasiləyə son qoyub, yeni layihələr üzərində işləyəcəyini deyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər