Tanınmış aktyor evsiz qalıb?
Tarix: 25-11-2025 08:21 | Bölmə: Mədəniyyət
Tanınmış aktyor evsiz qalıb?

Amerikalı tanınmış aktyor Kevin Speysi, guya, evsiz qalması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədəki “X” səhifəsində məlumat paylaşıb.

Hollivud ulduzu yalan məlumatlara cavab vermək məcburiyyətində qaldığını bildirib: “Küçədə yaşayanlar var və mən onlara ürəkdən rəğbət bəsləyirəm. Amma mən onlardan deyiləm və heç vaxt əksini iddia etməyə çalışmamışam. Təəssüf ki, “The Telegraph” öz jurnalistinin reytinq xatirinə çaşdırıcı başlıq yazaraq, onun işini məhv edib”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər