Şəkər xəstəliyinə qarşı daha təsirli müalicə üsulu tapılıb
Tarix: 25-11-2025 09:10 | Bölmə: Slayd
Şəkər xəstəliyinə qarşı daha təsirli müalicə üsulu tapılıb

Argentinalı alimlər şəkər (diabet) xəstəliyinin müalicəsində irəliləyiş əldə ediblər. Professor Marselo Peronenin rəhbərliyi, İmmunoendokrinologiya, Diabet və Metabolizma Laboratoriyasının (IIMT) tədqiqatçılar qrupunun iştirakı ilə böyük kəşfə imza atılıb.

Reyting.az
-ın məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün ümumilikdə insulin ifraz edən bütün beta-hüceyrələr zərərverici təsirlərə qarşı daha etibarlı və davamlıdır.

Araşdırmalar sübuta yetirib ki, ümumiyyətlə, beta-hüceyrələr zəif stress vəziyyətlərindən çox fəal şəkildə istifadə etməklə, daha sonrakı zərbələrə qarşı adaptasiya ola bilir və bu kəşf yaxın gələcəkdə yeni mərhələyə qədəm qoymaqla, diabetə qarşı müalicələrə böyük töhfə verəcək.

Alimlər aşkar ediblər ki, iltihabi sitokin olan interleykin-1 beta və yaxud "IL-1β" tamamilə aşağı bir dozada hüceyrələrin möhkəmlənmə proseslərini aktivləşdirir, yüksək dozada isə onların zədələnməsinə səbəb olur.

Professor Marselo Peronen deyib ki, "IL-1β" adlanan molekulun az miqdarı insulin istehsal edən hüceyrələrin daha da güclənməsinə yardım göstərir. Alim bildirib ki, bu proses müasir elm aləmində "hormezis" kimi tanınır.

Peronenin fikrincə, tədqiqatçılar istədikləri nəticəni əldə ediblər və onlar artıq şəkər xəstəliyi adı ilə tanınan diabeti tamamilə məhv edə bilən, hüceyrələri gücləndirən molekulu tapıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər