Seul Türkiyənin nüvə enerjisinin inkişafına töhfə verəcək
Tarix: 25-11-2025 08:04 | Bölmə: İqtisadiyyat
Seul Türkiyənin nüvə enerjisinin inkişafına töhfə verəcək

Cənubi Koreya texnologiya sahəsində Türkiyə ilə strateji təşəbbüsləri dərinləşdirmək niyyətindədir.

Reyting.az
“Anadolu” agentliyinə istimadla xəbər verir ki, Ankarada rəsmi səfərdə olan Cənubi Koreya prezidenti Li Çje Menin sözlərinə görə, onun ölkəsinin qabaqcıl nüvə texnologiyası və yüksək əməliyyat təhlükəsizliyi Türkiyənin nüvə enerjisinin inkişafına konkret töhfə verəcək.

Cənubi Koreya lideri Türkiyə ilə Cənubi Koreya arasında əməkdaşlıq sahələrindən danışarkən, “Biz bərpa olunan enerji və ağıllı texnologiyalar da daxil olmaqla qabaqcıl elm və texnologiya sahələrində strateji ortaq təşəbbüsləri dərinləşdirmək niyyətindəyik”,- deyib.

Li Çje Menin bütün bunlar barədə Ankaradakı Prezident İqamətgahında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında danışıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər