Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
Tarix: 17-11-2025 18:04 | Bölmə: Mədəniyyət
Gölün dibində qədim müsəlman nekropolu tapılıb

Qırğızıstanda yerləşən İssık-Kul gölündə, Toru-Ayqır kompleksi yaxınlığında suyun altında qalmış böyük bir şəhərin qalıqlarını aşkar edilib. Artıq tarixi bir məkana çevrilmiş bu bölgənin səthi ərazilərində aparılmış tədqiqatların nəticəsində burada yaşayış binaları, eyni zamanda, yanmış kərpiclər, daş divarları və dən daşı üzə çıxıb.

Reyting.az
xəbər verir ki, arxeoloqlar qrupu böyük ictimai tikilinin, ehtimal olunduğu kimi məscid, hamam və yaxud da mədrəsənin əsasını müəyyən ediblər. Digər sahələrdə isə XIII əsrdə tikilmiş, İslam dövrünə aid müsəlman nekropolu aşkarlanıb.

Qəbirlər tamamilə islam ənənəsinə uyğun şəkildə, cənazələr şimal istiqamətinə yönəlməklə, üzü qibləyə tərəf dəfn edilib.



Alimlərin fikrincə, ərazidə yerləşən qədim Tоru-Аyqır adlanan bu şəhər Böyük İpək Yolunun mühüm nöqtəsi olub.

Aparılmış tədqiqatların nəticələrini müzakirə edən elm adamlarının ehtimalına görə, qədim şəhər XV əsrin əvvəlində güclü zəlzələyə məruz qalıb və daha sonra zaman-zaman suyun dərinliyinə çöküb.

Tədqiqatçılar bildiriblər ki, yeni tapıntılar analizə göndərilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər